Əsas məzmuna keç

RÖVŞƏN ƏKBƏROVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI – HAKİM KORONAVİRUSA YOLUXUB

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Məlumata görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, hakim heyətinə daxil olan Elbəy Allahverdiyevin koronavirusa yoluxub.

Bu səbəbdən də proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…