28 Aprel 2026 / 07:41

Rubiodan sensasion iddia- XAMENEİ SAĞDIRMI?

Nə baş verir? “ABŞ administrasiyası İranın Ali lideri Müctəba Xameneinin sağ olduğu qənaətinə gəlib”.  Tezadlar.az xatırladır ki, ABŞ-ın dövlət katibi Marko Rubio bunu “Fox News”a müsahibəsində sensasion iddia ilə diqqəti cəlb edib. O, jurnalistin “Xamenei sağdırmı?”- sualına belə cavab verib: “Onun sağ olduğuna dair dəlillərimiz var. Aydındır ki, onlar da belə deyirlər… Əksini təsdiq edən isə heç bir dəlilimiz yoxdur”.

Maraqlııdır ki, bu günlərdə Azərbaycan mediasında Xameneinin ölməsini təsdiq edən sübutlar təqdim edilmişdi… Eləcə də, “The Times” nəşri kəşfiyyat mənbələrinə istinadən İranın Ali liderinin müalicə aldığı, amma qərar qəbuletmə prosesində iştirak etmədiyi barədə məlumat yaymıışdır. İran rəsmiyyəti isə onun ağır yaralı olması, amma hələki anlaqlı olması haqqında məlumat vermişdi…

Bir sözlə hələki Xamenei müəmması davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!