Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Fevral 2026 / 18:25

Rus sərhədçiləri Ermənistan-Türkiyə sərhədini tərk etdi və…

Nəhayət, Rusiya üçün çevrə daralır. Belə ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən çıxarılıb. İndi orada Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları xidmət aparır. Tezadlar.az xəbər verir ki, bu barədə “Factor” 2025-ci il üçün Ermənistan hökumətinin proqramının icrası haqqında hesabatına istinadən məlumat yayıb.Məlumata görə, 2025-ci ilin mart ayından Ermənistan-Türkiyə dövlət sərhədindəki “Marqara”, 2026-cı ilin əvvəlindən etibarən isə “Axurik” sərhəd-keçid məntəqəsi Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətinə keçib. “Hazırda Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən tam nəzarət altına alınıb”, – hesabatda deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!