Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Silahlı Qüvvələri 20 900-ə yaxın Rusiya hərbçisini məhv edib.
Rusiya tərəfin aprelin 20-nə olan itkilərinin statistikasını Ukrayna SQ Baş Qərargahının mətbuat mərkəzi rəsmi Facebook səhifəsində paylaşıb.
Beləliklə, Rusiyanın aprelin 20-dək olan itkilərinin sayı:
Hərbçi – təxminən 20,900 nəfər;
tanklar – 815 ədəd;
zirehli döyüş maşınları – 2087 ədəd;
artilleriya sistemləri – 391 ədəd;
MLRS – 136 ədəd;
hava hücumundan müdafiə sistemləri – 67 ədəd;
təyyarə – 171 ədəd;
helikopterlər – 150 ədəd;
avtomobil avadanlığı – 1504 ədəd;
gəmilər / qayıqlar – 8 ədəd;
yanacaq və sürtkü yağları olan çənlər – 76 ədəd;
əməliyyat-taktiki səviyyəli PUA-lar – 165 ədəd;
xüsusi avadanlıq – 27 ədəd;
işə salma qurğuları OTRK / TRK – 4 ədəd.
Bütün məlumatlar müxtəlif istiqamətlərdə döyüşlərin yüksək intensivliyi səbəbindən dəqiqləşdirilir. Son statistik rəqəmləri əvvəlki günün məlumatları ilə müqayisə etsək, belə bir mənzərə alınır:
Ukraynalılar 100 rusiyalı hərbçini, 13 tankı, 5 artilleriya sistemini, 4 MLRS-ni, 2 qırıcını və s. məhv edib
Xatırladaq ki, hazırda Donbassda müharibənin ikinci mərhələsi gedir. Rusiyanın Ukraynanın şərq istiqamətindən hücumları gücləndirdiyi bildirilir.
Həmçinin ABŞ-ın hesablamalarına görə, ötən həftənin sonundan etibarən Rusiya Ukraynanın şərqində və cənubunda öz qüvvələrinə daha 11 batalyon taktiki qrupları (BTQ) əlavə edərək, Rusiya BTQ-lərinin ümumi sayını 76-ya çatdırıb.
NATO da Ukraynadakı müharibənin ikinci mərhələsinin şərq və cənubda cəmləşəcəyinə, daha geniş cəbhəyə malik olacağına və daha qanlı olacağını hesab edir.
Y.MƏMMƏDLİ