Əsas məzmuna keç

RUSİYA BELQOROD ÜZƏRİNDƏ DAHA BİR PUA-NI VURUB

Kiyev Rusiya hədəflərinə pilotsuz uçan aparatla hücum etmək üçün növbəti cəhd etdi; PUA Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Oktyabrın 31-də Moskva vaxtı ilə saat 19:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, – departamentdən bildirilib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Belqorod vilayəti üzərində pilotsuz təyyarələrin Moskva vaxtı ilə saat 11:30 və 13:00 radələrində vurulduğunu bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…