Əsas məzmuna keç

RUSİYA BİR GÜNDƏ ÜÇ HIMARS MLRS BURAXILIŞ QURĞUSUNU MƏHV EDİB

Rusiya Silahlı Qüvvələri bir gün ərzində üç “HIMARS” reaktiv yaylım atəş sistemini (MLRS) və onlara texniki xidmət göstərən 10-a qədər əcnəbini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəş sisteminin üç buraxılış qurğusunu və bu sistemlərə xidmət göstərən 10-a qədər xarici mütəxəssisi, həmçinin 122 ərazidə canlı qüvvə və düşmənin hərbi texnika konsentrasiyası məhv edilib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…