Əsas məzmuna keç

RUSİYA BÖLGƏSİ ÜZƏRİNDƏ UKRAYNA PUA-SI VURULUB

Belqorod vilayətinin ərazisində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Departamentin məlumatına görə, Moskva vaxtı ilə saat 9.10-da təyyarə tipli drondan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Bundan əvvəl Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirmişdi ki, bölgə ərazisində üç Ukrayna PUA-sı aşkar edilərək məhv edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…