Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dünən axşam saatlarında Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Tezadlar.az “Ukrainskaya pravda” ya istinadla bildiri ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib. O, deyib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Sitat: “Axtarış əməliyyatı davam etdirilir”.
Xatırladaq ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib. Ukrayna prezidenti Vladimir Zelenski isə xalqa ənənəvi müraciətində mülki şəhərə bu raket hücumuna görə Rusiya cavab verəcək…
A.Məmmədli