Əsas məzmuna keç

RUSİYA FHN QƏZZA ƏHALİSİNƏ DAHA 27 TON HUMANİTAR YARDIM ÇATDIRIB

Qəzza zolağının əhalisi üçün 27 ton humanitar yardımla Dağıstandan havaya qalxan Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Əl-Ariş hava limanına çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Dağıstandan humanitar yardımla El-Ariş hava limanına gəlib”, – mətbuat xidməti bildirib.

Yükə ümumi çəkisi 27 tondan çox olan ərzaq, uşaq qidası, geyim, ayaqqabı və gigiyena vasitələri daxildir. Bu, artıq Dağıstandan Qəzzaya humanitar yardım aparan ikinci təyyarədir. Regionun rəhbəri Sergey Melikovun verdiyi məlumata görə, Dağıstanda 100 tondan çox humanitar yardım toplanıb.

Ümumilikdə Rusiya tərəfi Qəzza zolağının əhalisinə 200 tondan çox humanitar yardım çatdırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…