RUSİYA HƏRBÇİLƏRİ UKRAYNANIN PİLOTSUZ UÇAN APARATLARIN İDARƏETMƏ MƏRKƏZLƏRİNƏ ZƏRBƏLƏR ENDİRİB

Oxunma sayı: 79

Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı 24 saat ərzində Zaporojye Atom Elektrik Stansiyasında kamikadze pilotsuz uçan aparatların buraxıldığı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin idarəetmə mərkəzlərini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat-taktiki aviasiya, hücum pilotsuz uçuş aparatları, raket qoşunları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının artilleriyası hərbi aerodromların infrastrukturuna, Zaporojye Atom Elektrik Stansiyasında kamikadze pilotsuz uçan aparatların buraxıldığı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə, eləcə də düşmənin canlı qüvvəsi və hərbi texnikasının 135 regionda cəmləşdiyi əraziyə zərbələr endirib və ziyan vurub”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

19 May