Əsas məzmuna keç

RUSİYA HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMLƏRİ ÜÇ ATACMS RAKETİNİ VURUB

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri bir sutka ərzində ABŞ istehsalı olan 3 ədəd ATACMS operativ-taktiki raketini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə avqustun 24-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan üç ATACMS operativ-taktiki raketini, beş Fransa istehsalı olan “Hammer” idarəolunan bombasını, ABŞ istehsalı olan 12 HIMARS raketini və 16-sı xüsusi hərbi əməliyyat zonası xaricində olmaqla, 44 pilotsuz uçuş aparatını vurub”, – məlumatda deyilir.

Hərbi idarənin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 640 təyyarə, 283 helikopter, 30 434 pilotsuz uçuş aparatı, 575 zenit-raket kompleksi, 17 557 tank və digər zirehli döyüş texnikası, 1 425 çoxmənzilli döyüş maşını raket sistemləri, 13 594 səhra artilleriya və minaatan, 25 139 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…