Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qətər Xarici İşlər Nazirliyi Rusiya Federasiyası, İran, Türkiyə və beş ərəb ölkəsinin Suriyadakı vəziyyətlə bağlı birgə bəyanatını dərc edib.
Tezadlar.az CNN- türk-ə istinadla xəbər verir ki, müvafiq bəyanat qurumun “X” hesabında paylaşılıb. Bəyanata görə, danışıqlarda iştirak edən bütün tərəflər Suriyadakı böhranın siyasi həlli üçün səy göstərilməsi ilə bağlı razılığa gəliblər. Sitat: “Suriyada münaqişənin davam etməsi regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaradır və bütün tərəflər böhranın siyasi həllini tapmağa çalışmalıdır”.