Əsas məzmuna keç

RUSİYA MN BELQOROD VİLAYƏTİ ÜZƏRİNDƏ PİLOTSUZ UÇAN APARATIN MƏHV EDİLMƏSİ BARƏDƏ MƏLUMAT YAYIB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il avqustun 16-da Moskva vaxtı ilə saat 12:15 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…