Əsas məzmuna keç

RUSİYA MN: ODESSADA İKİ “PATRİOT” RAKET BURAXILIŞ QURĞUSU MƏHV EDİLİB

“İsgəndər” kompleksinin ekipajı Odessa vilayətində “Patriot” zenit-raket komplekslərinin iki buraxılış qurğusunu və “Zürafə” radiolokasiya stansiyasını məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“İsgəndər” əməliyyat-taktiki kompleksinin ekipajı zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus “Patriot” zenit-raket kompleksinin batareyasının Odessa vilayətinin Yujnoye kəndi ərazisindəki mövqeyinə zərbələr endirib, iki “Patriot” hava hücumundan müdafiə raket buraxılış qurğusu və “Zürafə” radar stansiyası məhv edilib, – xəbərdə deyilir.

Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində “Patriot” hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinin obyektiv monitorinqinin görüntülərini dərc edib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…