Əsas məzmuna keç

RUSİYA MN TATARISTANDA UKRAYNAYA MƏXSUS PUA-NIN MƏHV EDİLMƏSİ BARƏDƏ MƏLUMAT YAYIB

Rusiya hava hücumundan müdafiə sistemləri Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il aprelin 17-də Moskva vaxtı ilə saat 11:20 radələrində Ukraynanın pilotsuz uçan aparatı ilə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Pilotsuz təyyarə Tatarıstan Respublikası ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – idarədən bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…