Əsas məzmuna keç

RUSİYA MN USQ-NİN ODESSADAKI OBYEKTLƏRİNƏ KÜTLƏVİ ZƏRBƏ ENDİRİB

Rusiya qoşunları Odessada Ukrayna Silahlı Qüvvələrinin (USQ) obyektlərinə kütləvi hücuma keçib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Müdafiə departamentinin nümayəndəsinin sözlərinə görə, zərbə Ukraynanın hərbi sənaye kompleksinin obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin anbarlarına endirilib.

Konaşenkov vurğulayıb ki, planlaşdırılan hücumun bütün məqsədlərinə nail olunub.

İyulun 19-na keçən gecə Ukraynanın bir sıra şəhərlərində partlayış səsləri eşidilib. Kiyev, Kropivnitski, Zaporojye, Nikolaev və Odessada hava hücumu xəbərdarlığı səslənib. Hərbi müxbirlərin məlumatına görə, Odessaya hücumda Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası və donanması iştirak edib.

Konaşenkov məruzəsində dəniz və hava bazalı silahlardan istifadə edildiyini təsdiqləyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…