Əsas məzmuna keç

RUSİYA MN USQ-YƏ MƏXSUS TANKIN “LANCET” TƏRƏFİNDƏN MƏHV EDİLMƏSİNİN VİDEOSUNU PAYLAŞIB

Rusiyanın “Lancet” adlı döyüş sursatları Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) tankını məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarə düşmənin zirehli texnikasının məhv edilməsini əks etdirən videogörüntülər paylaşıb. “Rusiya paraşütçüləri Ukrayna Silahlı Qüvvələrinin tankını gəzən sursatla vurublar. Dəqiq zərbədən sonra tank alovlanıb”, – məlumatda qeyd edilir.

Sentyabrın 15-də Rusiya Müdafiə Nazirliyi bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 75-ə qədər şəxsi heyətinin və 2 “Akatsiya” özüyeriyən artilleriya qurğusunun Xerson istiqamətində məhv edildiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…