Əsas məzmuna keç

RUSİYA NÜMAYƏNDƏLƏRİ İRANDA PİLOTSUZ DÖYÜŞ TƏYYARƏLƏRİ SEÇİR

Rusiya nümayəndə heyəti dəqiq idarə olunan raketlərlə silahlana bilən Şahed-191 və Şahed-129 döyüş pilotsuz təyyarələrini öyrənmək üçün son bir ay ərzində ən azı iki dəfə İranın mərkəzindəki Kaşan aerodromuna səfər edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan tərəfindən yayımlanan peyk görüntüləri də bunu təsdiqləyir. Sitat: “Təxmin edirik ki, rəsmi Rusiya nümayəndə heyəti bu yaxınlarda İranın zərbə qabiliyyətinə malik PUA-larının nümayişini həyata keçirib… Rusiya hökumət heyətinin həmin gün gördüyü İran İHA-larını göstərən iyun ayında çəkilmiş bu şəkilləri yayımlayacağıq. Bu, Rusiyanın hücum edə bilən İran PUA-larını əldə etməkdə maraqlı olduğunu göstərir”.

Nə Rusiya, nə də İran rəsmiləri bu məlumatı hələki təkzib etməyib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…