Əsas məzmuna keç

RUSİYA QÜVVƏLƏRİ UKRAYNAYA MƏXSUS HƏRBİ SU-25 TƏYYARƏSİNİ VURUB

Dnepr qoşun qrupunun Xerson istiqamətindəki bölmələri ekipajı ilə birlikdə Su-25 təyyarəsini məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə rayonun əməliyyat xidmətlərinin nümayəndəsi məlumat verib.

“Dnepr qoşun qruplaşmasının Xerson istiqamətindəki birləşmələrini atəşə tutması nəticəsində aşağıdakılar məhv edilib: ekipajı ilə birlikdə Su-25 təyyarəsi, Aleşkinski adası ərazisində düşmənin canlı qüvvəsi, D-30 haubitsi, Tyaginka kəndi ərazisində döyüş sursatı, kiçik/d körpü sahəsində düşmən canlı qüvvəsi, Lvovo ərazisində 120 mm-lik minaatan ekipajı və onun üçün döyüş sursatları”, – o deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…