Əsas məzmuna keç

RUSİYA SƏRHƏDÇİLƏRİNİN ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ YERLƏŞDİRİLMƏSİ MÜZAKİRƏ EDİLDİ

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, S.Şoyqu və V.Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…