RUSİYA SİLAHLI QÜVVƏLƏRİ DNEPR AERODROMUNDA MİQ-29-U MƏHV EDİB

Kassetli döyüş başlığına malik “İsgəndər” operativ-taktiki raket sistemi (OTRS) Ukrayna Hərbi Hava Qüvvələrinin Dnepr aerodromunda yerləşən MiQ-29 təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Müdafiə Nazirliyi “İsgəndər” OTRS-nin Dnepr aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinə raket zərbəsi endirməsinin görüntülərini dərc edib. Ukrayna Silahlı Qüvvələrinin 29 qırıcısı və Ukrayna Silahlı Qüvvələrinin mühəndis heyətindən olan 15-ə qədər insan məhv edilib”, – məlumatda deyilir.

Agentlik həmçinin təyyarənin məhv edilməsinin obyektiv monitorinqinin görüntülərini dərc edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.