Əsas məzmuna keç

RUSİYA ÜÇ “PATRİOT” HAVA HÜCUMUNDAN MÜDAFİƏ RAKET BURAXILIŞ QURĞUSUNU VURUB

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri 24 saat ərzində üç “Patriot” hava hücumundan müdafiə raket buraxılış qurğusunu, bir pilotsuz uçuş aparatının idarəetmə mərkəzini və Ukrayna Silahlı Qüvvələrinin dəmiryol eşelonlarını vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının artilleriyası ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksinin üç buraxılış qurğusunu, pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzini, şəxsi heyətlə birlikdə döyüş sursatları olan dəmir yolu qatarlarını vurub. 147 rayonda düşmənin canlı qüvvəsi və hərbi texnikası toplanıb”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…