Əsas məzmuna keç

RUSİYA UKRAYNANIN SAMP-T ZENİT-RAKET KOMPLEKSİNİ VURUB

Rusiya Silahlı Qüvvələri bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki briqadasının sursat anbarlarını və Fransa istehsalı olan SAMP-T zenit-raket kompleksini məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin 31-ci mexanikləşdirilmiş və 26-cı artilleriya briqadalarının silah-sursat anbarları, Fransa istehsalı olan SAMP-T zenit-raket kompleksi, S-300 zenit-raket kompleksinin radar stansiyası məhv edilib”, – məlumatda deyilir.

​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…