Əsas məzmuna keç

RUSİYA UKRAYNAYA MƏXSUS MİQ-29 TƏYYARƏSİNİ VURUB

Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini, Fransa istehsalı olan 3 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan 6 ədəd HİMARS reaktiv yaylım atəş sistemini və 74 təyyarə tipli pilotsuz uçuş aparatını vurub”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…