Əsas məzmuna keç

RUSİYA XARKOVDA MUZDLULARIN YERLƏŞDİYİ MƏNTƏQƏYƏ ZƏRBƏ ENDİRİB

Rusiya Federasiyası Silahlı Qüvvələri (SQ) əksəriyyəti fransız olan xarici döyüşçülərin Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində 60-dan çox yaraqlı öldürülüb, 20-dən çox yaralı var.

“Bu il yanvarın 16-da axşam saatlarında Rusiya Federasiyası Silahlı Qüvvələri Xarkov şəhərində əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirildiyi məntəqəyə yüksək dəqiqliklə zərbə endirib və onların əsasını fransız muzdluları təşkil edib. Zərbə nəticəsində muzdluların yerləşdiyi bina tamamilə dağıdılıb, 60-dan çox yaraqlı öldürülüb, 20-dən çoxu tibb müəssisələrinə aparılıb”.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…