Əsas məzmuna keç

RUSİYADA QIRICI QƏZASI- 13 NƏFƏR HƏLAK OLDU

Dünən Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.

Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb. Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub. Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.
Qırıcının hansı səbəbdən qəzaya uğradığı bilinmir. Araşdırma aparılır…
A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…