Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İyulun 1-də səhər saatlarında Ukrayna silahlı qüvvələri Rusiyanın olduqca bahalı “Forpost” pilotsuz uçuş aparatını məhv edib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu uğurlu əməliyyat bu gün iyulun 1-də səhər saatlarında baş tutub. Nəticədə “Forpost” pilotsuz uçuş aparatı məhv edilib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı da məlumat yayıb. Sitat: “İyulun 1-də səhər saatlarında Yuq hava komandanlığının zenit-raket bölməsi Nikolayev vilayətində məhv etmək üçün başqa hədəf tapmağa çalışan Rusiyanın “Forpost” pilotsuz uçuş aparatını məhv edib. Belə uğurlu əməliyyatlar davamlıdır”.
“Forpost” Rusiya Federasiyasının müdafiə sferasında xidmətdə olan, demək olar ki, ən bahalı pilotsuz uçuş aparatıdır. Onun dəyəri 7 milyon dollar qiymətləndirilir.
A.Məmmədli