Əsas məzmuna keç

RUSİYANIN BİR SIRA ŞƏHƏRLƏRİ YENİ İL ATƏŞFƏŞANLIĞINDAN İMTİNA EDİB – SƏBƏBİ…

Dağistan hökuməti Mahaçqala şəhərində yeni il atəşfəşanlığının keçirilməməsi barədə qərar verib.

“Mahaçqala meriyasında antiterror komissiyası zamanı şəhərin meri Yusup Umavov dekabrın 31-də Lenin meydanında atəşfəşanlıq olmayacağını elan etdi”, – deyə şəhər meriyasından bildirilib.

Qeyd edək ki, bundan əvvəl Staropol, İnquşetiya və Qaraçay-Çərkəz hakimiyyətləri də Yeni il üçün atəşfəşanlıqdan imtina etmişdilər.

  Bundan əlavə, yaşayış məntəqələri yeni deyil, əvvəllər istifadə olunmuş bəzəklərlə bəzədiləcək. Bu, Rusiyadakı iqtisadi vəziyyətlə bağlıdır.

Göründüyü kimi, Rusiyanın Ukraynadakı antiterror əməliyyatı ölkəyə baha başa gəlməkdədir və bu özünü günbəgün daha qabarıq şəkildə göstərir…

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…