RUSİYANIN REGİONLARI ÜZƏRİNDƏ BİR GECƏDƏ 23 UKRAYNA PUA-SI VURULUB

Bir gecədə hava hücumundan müdafiə qüvvələri Rusiya regionları üzərində Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı həyata keçirməyə cəhd edərkən, növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 23 təyyarə tipli PUA-nı məhv edib və ələ keçirib”, – departament qeyd edib.

Onlar aydınlaşdırıblar ki, 8 PUA Kaluqa vilayəti, 7-si Kursk vilayəti, 5-i Bryansk vilayəti, 3-ü Belqorod vilayəti üzərində məhv edilib.

E.ŞİRİNOV

Xəbəri paylaş

12 İyul