Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə Kuban, Krım, Bryansk və Rostov vilayətləri üzərində Ukraynaya məxsus 25 PUA-nı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərdə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb.
Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 25 pilotsuz uçuş aparatını sıradan çıxarıb. 14 PUA Krasnodar diyarı, 6-sı Bryansk vilayəti, 3-ü Krım Respublikası və 2-si Rostov vilayəti üzərində məhv edilib”, – məlumatda deyilir.
E.ŞİRİNOV