Əsas məzmuna keç

RUSİYANIN UKRAYNADA DAHA BİR YÜKSƏK ÇİNLİ HƏRBÇİSİ ÖLDÜRÜLDÜ

Rusiyanın Ukraynada törətdiyi qətliamlar sərhəd tanımadıqca, bu ölkənin itkiləri də yetərincədir…

İndiyədək bu ədalətsiz müharibədə 7 general və çoxsaylı yüksək rütbəli zabit itirən Rusiyanın dünən daha bir komandirləri məhv edilib. O, Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunindir.  O, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb. Bundan əvvəl isə Rusiya ordusunun daha bir yüksəkrütbəli zabiti, motoatıcı batalyonun komandiri, mayor Ruslan Petruxin məhv edilib.

Yüksək rütbəli zabitləri itirə-itirə gedən Rusiya isə 1 ay sonra Moskvada- Qızıl Meydanda Faşizm üzərində qələbənin ildönümü paradına hazırlaşır. 

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…