Rusiya 2026-cı ilədək Zelenski hakimiyyətinin parçalanmasını istəyir. Bəs Tramp???

Oxunma sayı: 23

Ukrayna cəbhəsində atəşkəsin və ardınca sülhün baş tutması ciddi müzakirə edilir. “Washington Post” yazır ki, hələ bu ilin fevralında Rusiya tərəfi sənəd hazırlayıb ki, ABŞ Ukrayna ilə bağlı danışıqlarda Zelenskinin mövqeyinin zəiflədilməsinə  çalışmalı və bu, həm də Ukraynanın hazırkı hökumətinin “tamamilə sıradan çıxarılmasının” zəruriliyi demək olmalıdır.
Tezadlar.az qeyd edir ki, sənəd fevral ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) yaxın olan nüfuzlu Moskva analitik mərkəzi tərəfindən hazırlanıb.
Mərlkəz  Rusiyanın “Ukraynadakı münaqişəyə” (Rusiya-Ukrayna müharibəsi – red.) hər hansı son qoyulması ilə bağlı maksimalist tələblərini ortaya qoyub. Daha doğrusu: “Sənəd ABŞ prezidenti Donald Trampın prezidentliyinin 100 günü ərzində sülh sazişi bağlamaq barədə əvvəlki planlarını “qeyri-mümkün” adlandıraraq rədd edib və bildirilir ki, “Ukraynadakı böhranın sülh yolu ilə həlli 2026-cı ildən əvvəl baş verə bilməz”.

Ukrayna isə bu şərtlərlə nəinki razı deyil, həm də daha ciddi şərtlərə-ərazilərinin qaytarılmasına çalışır.

Putinin ötən gün Kurskda olması və Ukrayna ordusuna daha ağır zərbə vurma tapşırığı isə Trampın arzularını heçə endirir…

A.Məmmədli

Xəbəri paylaş

21 Aprel