Rusiya 24 saat ərzində 120 Ukrayna PUA-nı vurub

Rusiya hava hücumundan müdafiə sistemləri 24 saat ərzində beş JDAM bombası və 120 təyyarə tipli PUA-nı vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiə sistemləri beş JDAM idarəolunan hava bombasını və ABŞ istehsalı olan HIMARS çoxsaylı buraxılış raketini, həmçinin 120 təyyarə tipli PUA-nı vurub”, – məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 663 təyyarə, 283 helikopter, 62 845 pilotsuz uçuş aparatı, 611 zenit-raket kompleksi, 23 860 tank və digər zirehli döyüş texnikası, 1572 reaktiv yaylım atəşi sistemi, tarla və zirehli texnika32. 36 726 xüsusi təyinatlı hərbi maşın məhv edilib.

E.ŞİRİNOV

Xəbəri paylaş

10 İyul