10 Avqust 2025 / 18:35

Rusiya-ABŞ sammiti öncəsi Putin və Zelenskinin görüşü məhsuldar olmayacaq – Vens

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin avqustun 15-də Alyaskada baş tutacaq Rusiya-ABŞ sammitindən əvvəl məhsuldar olacağı ehtimalı yoxdur.

Tezadlar.az xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti J.D.Vens “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən bunun məhsuldar olacağını düşünmürəm. Düşünürəm ki, prinsipcə ikisini bir araya gətirən ABŞ prezidenti olmalıdır. Biz mütləq ukraynalılarla danışacağıq”, – Vens deyib.

Xatırladaq ki, avqustun 9-da ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Putinlə görüşəcəyini bəyan edib. Bu məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Onun sözlərinə görə, iki dövlətin liderləri Ukraynadakı münaqişənin həlli variantlarının müzakirəsinə diqqət yetirəcəklər.

Zelenskinin bu görüşdə iştirakı gözlənilmir. Bununla belə, CNN-in Ağ Evdəki iki mənbədən öyrənib ki, Ukrayna lideri həmin vaxt Alyaskada olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!