13 Avqust 2025 / 22:31

Rusiya-ABŞ sammitindən sonra Ukraynada atəşkəsə ümid edirəm – Papa

Roma Papası XIV Leo Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçirilən görüşdən sonra “Ansa” xəbər agentliyinə müsahibəsində Ukraynada atəşkəsə ümid etdiyini bildirib.

“Mən həmişə atəşkəsə, zorakılığın dayandırılmasına və onların razılığa gəlməsinə ümid edirəm. Müharibə niyə bu qədər uzun müddətdir davam edir?” – o deyib.

Avqustun 13-də Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə videokonfrans zamanı Amerika lideri Putinlə görüşünün məqsədinin Ukraynada atəşkəsə nail olmaq olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya atəşkəsdən imtina edərsə, ölkə ABŞ-ın “nəticələri” ilə üzləşəcək.

Bundan əvvəl Ukrayna lideri ümid etdiyini bildirib ki, atəşkəs Rusiya və ABŞ prezidentləri arasında danışıqların əsas bəndi olacaq.

Avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya-ABŞ sammiti keçiriləcək. Putin və Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə edəcəklər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!