Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya Federasiyasının doqquz bölgəsi və Qara dəniz üzərində 75 Ukrayna yaraqlı dronu məhv edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Son gecə ərzində həyəcan siqnalı ilə hava hücumundan müdafiə sistemləri 75 Ukrayna pilotsuz uçuş aparatını tutub məhv edib”, – bəyanatda deyilir.
Qara dəniz üzərində 36 Ukrayna yaraqlı dronu, Krım üzərində 10 Ukrayna dronu, Bryansk vilayəti üzərində 9 yaraqlı dronu, Voronej vilayəti üzərində 7 dronu, Kuban vilayəti üzərində 4 dronu və Smolensk vilayəti üzərində 3 dronu vurulub.
Bundan əlavə, Moskva vilayəti və Belqorod vilayəti üzərində iki Ukrayna dronu, eləcə də Kaluga və Ryazan bölgələri üzərində hər biri bir dronu vurulub.
E.ŞİRİNOV