Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə və bu gün səhər saatlarında Rusiyanın bölgələri üzərində, əksəriyyəti Belqorod vilayəti üzərində olmaqla 94 Ukrayna PUA-sını məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 24-də ötən gecə və səhər saatlarında hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 94 pilotsuz uçuş aparatını məhv edib: Belqorod vilayəti ərazisində 64 PUA, Bryansk vilayəti ərazisində 24 PUA, Kursk və Lipettosk vilayətinin əraziləri üzərində 2 PUA, Voronej və Tula vilayətlərində 1 PUA”, – idarədən bildirilib.
E.ŞİRİNOV







