Əsas məzmuna keç

Rusiya bölgələri üzərində Ukraynanın 49 pilotsuz təyyarəsi vurulub

Hava Hücumundan Müdafiə Qoşunları bir gecədə Rusiya regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 49 pilotsuz uçan aparatı məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 49 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Rostov vilayəti ərazisi üzərində 21 PUA, Voronej vilayəti ərazisi üzərində 7 PUA, Belqorod vilayəti ərazisi üzərində 5 PUA, Krım Respublikası ərazisi üzərində 4 PUA, Bryansk vilayəti ərazisi üzərində 3 PUA, Kaluqa vilayəti ərazisi üzərində 3 PUA, Oryol vilayəti ərazisi üzərində 2 PUA, Qara dəniz suları üzərində 2 PUA, Kursk vilayəti ərazisi üzərində 1 PUA və Tula vilayəti ərazisi üzərində 1 PUA”, – idarədən bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…