Əsas məzmuna keç

Rusiya bölgəsində dron hücumu dəf edilib

Rostov vilayətinin başçısı vəzifəsini icra edən Yuri Slyusar bildirib ki, Rusiya hərbçiləri avqustun 11-dən 12-nə keçən gecə Millerovski rayonunda pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Slyusar dəqiqləşdirib ki, əməliyyat məlumatlarına görə, hadisə nəticəsində itki yoxdur.

“3 fərdi yaşayış evinin şüşəsi sınıb. 4 mənzilli binanın damına, pəncərələrinə və hasarına ziyan dəyib. Fəsadlar barədə məlumat veriləcək”, – o əlavə edib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…