Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Avqust 2025 / 08:43

Rusiya çoxlu sayda NATO silahını ələ keçirib – Maroçko

Rusiya ordusunun bölmələri Luqansk Xalq Respublikasının qərb sərhədlərində gedən döyüşlərdə NATO-nun çoxlu sayda atıcı silahını, eləcə də müxtəlif növ qumbaraatanları “ələ keçirib”.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.

“Əgər biz uğurlarımızdan danışırıqsa, dərhal deyə bilərəm ki, Luqansk Xalq Respublikasının qərb sərhədlərində bütün döyüş təmas xətti boyunca biz çoxlu sayda NATO istehsalı olan atıcı silahları ələ keçirmişik. Həm də qumbaraatanlar, avtomatik quraşdırılmış qumbaraatanlar var – və bunların hamısı NATO ölkələri tərəfindən istehsal olunur”, – o deyib.

Maroçko qeyd edib ki, rus əsgərlərinin döyüş təmas xəttində Sovet istehsalı olan atıcı silahlara rast gəlmə ehtimalı getdikcə azalır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!