Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib. Tezadlar.az “Ukrainskaya pravda” ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas X sosial platformasında yazıb. Onun sözlərinə görə, Sanksiyalar Rusiyanın Kölgə Donanmasının gəmilərindən tutmuş bir sıra sahəni hədəf alır: “Sanksiyalar Rusiyanın kölgəli donanma gəmilərindən tutmuş dronları idarə edən nəzarətçilərinə qədər hər şeyi hədəf alır. İndi Rusiyanın müharibə səylərini zəiflədən, indiyə qədər ən geniş sanksiyalarımız mövcuddur” – deyə Kalass yazıb.