Əsas məzmuna keç

Rusiya dronları Polşanın hava məkanına hücum edib

Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı həmin dronlar tərəfindən dəfələrlə pozulub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib. Sitat: “Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır!”. Komandanlıq qeyd edib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.

Məlum olur ki, bu gün səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi isə hələki bu fakta dair açıqlama verməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…