Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın bölgələri üzərində 21 Ukrayna PUA-nı, o cümlədən Moskvaya uçan iki pilotsuz təyyarəni ələ keçirib və məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə, avqustun 24-ü Moskva vaxtı ilə saat 23:00-dan avqustun 25-i saat 07:00-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 21 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Smolensk vilayəti ərazisi üzərində yeddi PUA, Bryansk vilayəti ərazisi üzərində altı PUA, Oryol vilayəti ərazisi üzərində üç PUA, Moskva vilayəti ərazisi üzərində üç PUA, o cümlədən Moskvaya uçan iki PUA və hər biri Kaluqa və Tver vilayətlərinin əraziləri üzərində bir PUA”, – deyə bildiriblər.
E.ŞİRİNOV

