Fransada daxili gərginliyin artmasında Rusiya günahlandırıla bilər.
Tezadlar.az xəbər verir ki, Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Rusiyanın Fransada baş verən iğtişaşlarla heç bir əlaqəsinin olmadığını bildirib.
“İlk növbədə demək istəyirəm ki, Rusiya Federasiyasının bu gün Fransada baş verən iğtişaşlarla heç bir əlaqəsi yoxdur. İstisna etmirəm ki, bu gün və ya sabah bizi buna görə günahlandırmağa başlayacaqlar. Fransada baş verənlərin hamısı süni şəkildədir”, – o, “Rossiya-24” telekanalında deyib.
Eyni zamanda, səfir qeyd edib ki, ölkədə baş verən etiraz aksiyaları çətin ki, xarici siyasətdə dəyişikliyə səbəb olsun. “Hazırda Rusiya tərəfi ilə təmasda bir növ açıqlanmayan milli qadağa var. Ona görə də hazırda bütün siyasi qüvvələr Rusiya-Fransa münasibətlərində mövcud olan problemlərdən uzaqlaşmağa çalışırlar”, – Meşkov vurğulayıb.
Onun sözlərinə görə, daxili böhranın nəticəsi sentyabrın 18-də keçiriləcək ümummilli etiraz aksiyalarından sonra bəlli olacaq: “Bugünkü etirazlardan sonra vəziyyət az-çox aydın olacaq. Çünki sentyabrın 10-da baş verən etirazlar kifayət qədər ciddi idi, lakin ölkədə sabitliyi pozacaq qədər ciddi deyildi. Ona görə də hər şeyin necə nəticələnəcəyini bu gün görəcəyik”, – diplomat qeyd edib.
Sentyabrın 10-da Fransada hökumətin iqtisadi siyasətinə qarşı etirazlar və tətillər keçirilib. Sentyabrın 18-də hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir. Səlahiyyətlilər ölkə daxilində nümayişlərə təxminən 900 min insanın qatılacağını gözləyir.
E.ŞİRİNOV

