İsrail və İran 12 günlük müharibədən üç dərs çıxarmalıdır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə hərbi ekspert Aleksey Anpiloqov bildirib.
“Birincisi, İran-İsrail münaqişəsi düşmənin infrastrukturuna operativ və strateji təsirdə hücum pilotsuz uçan aparatlarının, eləcə də ballistik raketlərin əhəmiyyətini təsdiqlədi”, – mənbə nəşrə bildirib.
Onun sözlərinə görə, ikinci dərs güclü hava hücumundan müdafiə sisteminə malik olmağın nə qədər vacib olduğunu başa düşməkdir. “Nəhayət, ölkələr uzunmüddətli hərbi qarşıdurmalara hazırlaşmalıdırlar”, – Anpiloqov qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa lenta.ru-ya müsahibəsində bildirib ki, onun fikrincə, İsrail və İran arasında atəşkəs əbədi deyil, müvəqqəti olacaq. Bu münaqişədə atəşkəsin pozulmasına gətirib çıxara biləcək bir çox məqamlar var, – deyə o, izah edib.
Qeyd edək ki, İsrail və İran arasında atəşkəs iyunun 24-də başlayıb. ABŞ prezidenti Donald Tramp ölkələrin 24 saatdan sonra “12 günlük müharibənin rəsmi sonu” olacaq atəşkəsə razılaşdıqlarını açıqlayıb.
E.ŞİRİNOV







