Bu gecə saatlarında Rusiya PUA-larının Kiyev şəhərinə kütləvi hücumu nəticəsində Ukrayna hökumətinin binasında yanğın baş verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə paytaxt meri Vitali Kliçko özünün Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Svyatoşinski və Darnitski rayonlarında evlərə ziyan dəyib. Bir uşaq daxil olmaqla ən azı iki nəfər ölüb. Ukrayna ordusuna isə artıq Moskvanı hədəfə almaq tapşırığı verilib.
Rusiya Kiyevə kütləvi dron hücumu etdi: hökumət binasında yanğın başlayıb






