Əsas məzmuna keç

RUSİYA LİTVADAN DİPLOMATIN ÇIXARILMASINA CAVAB VERƏCƏK

Rusiya Litvadakı diplomatların ölkədən çıxarılmasına cavab verəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya tərəfinin daha əvvəl bəyan etdiyi kimi, Rusiya müvafiq cavabı verəcək”, – RİA Novosti Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirir.

Bundan əvvəl Rusiyanın Litvadakı səfirliyinin əməkdaşının persona non qrata elan edildiyi bildirilirdi. Ona beş gün ərzində ölkəni tərk etmək əmri verilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…