Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın Xarici Kəşfiyyat Xidməti Rusiyanın sülh danışıqlarını pozmaq məqsədilə Milad ərəfəsində və ya Milad bayramı günü qurbanlarla nəticələnə biləcək genişmiqyaslı təxribat hazırladığını açıqlayıb. Tezadlar.az xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilir ki, Kreml ABŞ-ın vasitəçiliyi ilə davam edən sülh danışıqlarını pozmağa yönəlmiş xüsusi əməliyyatın davamını planlaşdırır. Kəşfiyyatın məlumatına görə, əməliyyat kompleks xarakter daşıyır və informasiya manipulyasiyası ilə müşayiət olunur. “Putinin iqamətgahına guya edilmiş hücumdan sonra Kremlin yeni saxta məlumatlar yaydığını müşahidə edirik. Məqsəd Rusiya və beynəlxalq auditoriyanı növbəti eskalasiyaya hazırlamaqdır”, – deyə bəyanatda qeyd olunur.
Eyni zamanda, kəşfiyyat məlumatlarına əsasən, mümkün təxribatın yeri dini bina və ya simvolik əhəmiyyətə malik başqa bir məkan ola bilər.