Əsas məzmuna keç

“Rusiya NATO-nu sənaqdan keçirir”: Avropada gərgin bir yay!

Almaniya, Polşa, Estoniya… Üç ölkə arasında ortaq nöqtə Rusiyadan gələn iddia edilən təxribatdır.

Tezadlar.az xəbər verir ki, alman rəsmiləri birbaşa adlar çəkərək gərginliyi yüksək səviyyəyə qaldırıblar və Rusiyanın Avropaya qarşı təxribatının mənası müzakirə olunur.

AVROPADA GƏRGİNLİK ARTIR

Avropa tarixinin ən gərgin yaylarından birini yaşayır. Avropa Birliyi ölkələri ilə Rusiya arasında gərginlik son zamanlar görünməmiş səviyyələrə çatıb.

Rusiya AB daxilində təxribata və ya hibrid hücumlara diqqət yetirərkən, uzun müddətdir adı açıqlanmayan təhlükəyə indi Almaniya tərəfindən ad verilib.

İyul ayında Polşanın şərqində kruiz raketi düşdü və raketin Rusiyaya məxsus olduğu elan edildi. Avqustun əvvəlində Almaniyanın Leypsiq hava limanında tapılan partlayıcı maddələrlə dolu dronlar Almaniya ilə Rusiya arasındakı münasibətləri daha da gərginləşdirdi.

ALMANİYA SƏRT ADDIM ATDI

1 sentyabrda dronların Rusiyaya məxsus olduğunu bəyan edən Almaniya ölkədəki konsulluğu və Rus Mədəniyyət Mərkəzini bağlayacağını açıqladı.

Daha sonra Ukraynaya PUA-lar tədarük edən Estoniyada robototexnika fabrikinin naməlum səbəblərdən yandırılması “Rusiya təxribatı?” sualını ortaya qoydu.

Slovakiyada Ukrayna üçün PUA istehsal edən fabrikə qarşı törədilən yanğının qarşısı alındığı, Slovakiya hakimiyyətinin isə hadisəyə görə Rusiyanı günahlandırdığı açıqlandı.

Avqustun sonunda Polşada vertolyot hissələri istehsal edən müəssisənin yandırılması da oxların yenidən Rusiyaya tərəf yönəlməsinə səbəb oldu.

SABOTAJLAR NƏ ÜÇÜN ARTDI?

Beləliklə, müharibə dördüncü ilinə qədəm qoyduqca, bu təxribat aktları niyə artdı?

Ekspertlərin fikrincə, artım Rusiya-Ukrayna müharibəsindəki hadisələrlə bağlıdır.

Ekspertlər deyirlər ki, Ukrayna dron hücumlarını Rusiyanın daxili ərazilərinə genişləndirdikcə Moskva təzyiq altındadır və bu təxribat aktları “Kiyevə dəstək verməyi dayandırın” mesajını daşıyır.

NATO-YA MESAJ?

Analitiklər həmçinin qeyd edirlər ki, sabotajın baş verdiyi ölkələr NATO üzvləridir.

Ekspertlərin fikrincə, Rusiya eyni zamanda NATO-nun zəif cəhətlərini sınamaqla yanaşı, Ukraynaya hərbi və texnoloji təchizat xətlərini kəsməyə çalışır.

Buna görə də, Avropada son zamanlar artan sabotaj iddiaları təkcə təhlükəsizlik təhdidi deyil, həm də Rusiya ilə Qərb arasındakı strateji mübarizədə yeni bir cəbhə kimi qəbul edilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…