Rusiya ordusu Xarkov vilayətində Fiqolovkanı azad edib

Oxunma sayı: 135

Fevralın 17-də Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri Xarkov vilayətində Fiqolovkanı azad edib.

“Qərb hərbi qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində Xarkov vilayətinin Fiqolovka kəndi azad edilib”, – idarənin Telegram-kanalında yayılan məlumatda deyilir.

Tezadlar.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Qərb” qruplaşmasının döyüşçülərinin cavabdeh olduğu bölgədə Ukrayna Silahlı Qüvvələri bir gündə 190-dan çox yaraqlısını itirib. Rusiya hərbçiləri həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus üç Amerika M11 zirehli transportyorunu, altı artilleriya qurğusunu və bir sursat anbarını məhv edib.

Fevralın 15-də Müdafiə Nazirliyi DXR-in Berezovka kəndinin azad edilməsi barədə məlumat yayıb. Fevralın 14-də məlum olub ki, Daçnoye və Zelenoye Pole azad edilib.

E.ŞİRİNOV

Xəbəri paylaş

26 Aprel